Dünya çempionatı ərəfəsində ciddi zədə aldı

14.11.2022 13:51 328
Dünya futbolu
Bartlomey Dronqovski böyük bəxtsizliklə üzləşib.

"Football-plus.az" xəbər verir ki, o, dünya çempionatı ərəfəsində zədələnib. “Spetsiya”nın qapıçısı İtaliya çempionatının “Verona” ilə oyununda (2:1) topuğundan ciddi zədə alıb. Artıq Dronqovskinin Polşa yığmasına DÇ-2022-nin final mərhələsində kömək edə bilməyəcəyi məlum olub. Onun zədəsinin bərpası üçün bir neçə ay tələb olunur.