"Betis" ciddi itki ilə üzləşib.
La Liqa təmsilçisinin hücumçusu Xuanmi sıradan çıxıb. O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Finlandiya HİK-i ilə səfər matçında topuğundan zədə alıb. Forvardın bu zədə səbəbindən azı üç ay oynamayacağı bildirilir. 2019-cu ildən “Betis”in formasını geyən 29 yaşlı futbolçu bu komandada 79 oyuna çıxıb, 27 qola imza atıb.