Almaniya yığması dünya çempionatı ərəfəsində ciddi itki ilə üzləşib. Timo Verner Qətərdə keçiriləcək turniri buraxacaq.
Football-plus.az xəbər verir ki, “Leyptsiq”in oyunçusu Çempionlar Liqasının “Şaxtyor”la son oyununda (4:0) zədələnib. 19-cu dəqiqədə meydan tərk edən futbolçunun sol ayağında ciddi zədə aşkarlanıb. Almaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, Timo bu ilin sonuna qədər yaşıl meydana çıxa bilməyəcək.
Yeri gəlmişkən, İngiltərə millisinin oyunçusu Ben Çiluell də DÇ-2022-ni buraxacaq. “Çelsi”nin müdafiəçisinin ÇL-in Zaqreb “Dinamo”su ilə matçında (2:1) aldığı zədənin ciddi olduğuna aydınlıq gəlib. Benin təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.