Premyer-liqanın 27-ci turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Şamaxı” evdə 70-ci məğlubiyyətini alıb.
"Football-plus.az" xəbər verir ki, bu məlumatı PFL-in rəsmi saytı yayıb. Bölgə təmsilçisi öz meydanındakı 311-ci matçında bu uğursuzluğu yaşayıb.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən Şamaxının eyniadlı təmsilçisi ölkə çempionatları çərçivəsində öz meydanında 70 və daha çox matçda uduzan 4-cü komandadı. Antirekord “Turan”a məxsusdu – 78 məğlubiyyət. MOİK 77, “Bakı” 73 dəfə evdə xalsız qalıb.
Qeyd edək ki, "Qəbələ"nin qolunu gənc futbolçu Emil Səfərov vurub.