"Qarabağ"dan ardıcıl 10-cu səfər qələbəsi

31.10.2022 10:53 433
Ölkə futbolu
“Qarabağ” Misli premyer-liqasında ardıcıl 10-cu səfər qələbəsini qazanıb.

"Footbal-plus.az" xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 12-ci turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edib.

Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

Qurbanovun yetirmələri ötən çempionatın son beş səfərində də xal itkisi ilə üzləşməyib. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən ağdamlılar ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 hesabı ilə yenib.

Bu, “Qarabağ”ın tarixində ən uğurlu səfər seriyasıdı.