“Atletiko”nun oyunçusu üçün mövsüm erkən sona çatdı

19.04.2022 15:19 513
Dünya futbolu
“Atletiko” mövsümün həlledici mərhələsində ciddi itki ilə üzləşib.

Komandanın aparıcı hücumçularından olan Joao Feliş mövsümün qalan hissəsində meydana çıxmayacaq. İspaniya çempionatının 32-ci turunun “Espanyol” ilə oyununda (2:1) 22 yaşlı futbolçunun sol bud əzələsi zədələnib. Müayinə nəticəsində onun üçün cari mövsümün erkən sona çatdığı məlum olub.
Feliş “Atletiko”da 2019-cu ildən oynayır. O, bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.