Poqba: “Tanrının mənimlə bağlı fərqli planı olub”

12.11.2022 23:34 311
Dünya futbolu
Zədə səbəbindən dünya çempionatında iştirak etməyəcək Pol Poqba böyük turnir ərəfəsində fikirlərini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, “Yuventus”un və Fransa yığmasının yarımmüdafiəçisi milli komandaya kənardan dəstək verməkdən başqa yolunun olmadığını deyib:

“Tanrının mənimlə bağlı fərqli planı olub. Komandamı, xalqımı və ölkəmi uzaqdan dəstəkləyəcəyəm. Ürəyim onlarla birgə döyünəcək! Dünya çempionatında bizi təmsil edənlərə uğurlar diləyirəm”.