MS-nin dünya çempionu ilə bağlı planı baş tutmadı

12.05.2022 19:35 489
Dünya futbolu
“Mançester Yunayted”i bu yay tərk edəcək Pol Poqbanın son illər yaşadığı şəhərdə qalmaq imkanı olub, ancaq...

"Football-plus.az" xəbər verir ki, DÇ-2018-in qalibi azad agent kimi “Mançester Siti”yə keçmək istəməyib. “The Athletic” qəzetinin məlumatına görə, “Siti” müqaviləsi mövsümün sonunda qüvvədən düşəcək 29 yaşlı fransız futbolçu ilə danışıq aparıb. Ancaq Poqba MY-nin əzəli rəqibinin təklifindən imtina edib.