“Mersedes” “Ferrari”ni necə keçəcək?

12.11.2022 18:13 303
İdman
“Formula-1” təmsilçilərindən “Mersedes”in strategiya üzrə direktoru Ceyms Vaulz komandasının Mühəndislər kubokunda “Ferrari”ni necə arxada qoya biləcəyi haqda danışıb.

Bəribaşdan onu xatırladaq ki, mövsümün sonuna iki mərhələ qalmış Almaniya komandası 447 xalla 3-cü, İtaliya komandası isə 487 xalla 2-ci yerdə qərarlaşıb. Mühəndislər kubokunun builki qalibi də məlumdu. 696 xal toplayan “Red Bull” artıq başqaları üçün əlçatmazdı. Vaulzun fikirləri:

“Daxili hədəfimizin nə olduğu hər kəsə aydındı. Biz ona çalışırıq ki, Mühəndislər kubokunda ikinci olaq. Xal fərqini aradan qaldırmağa başlayacağımız hər mərhələ bizim üçün uğurdu. Sonuncu – Meksika mərhələsində biz onları yalnız 13 xal qabaqladıq. Son iki yarışda 40 xalı da “əritməliyik”. Xoşbəxtlikdən onlardan biri – Braziliyadakı sprinter yarışı olacaq. Hesab edirəm ki, mövsümün əvvəlindən və ya ortasından fərqli indi həqiqətən rəqibə savaş açacaq maşınımız var. Yalnız onu deyə bilərəm ki, mövsümün son saniyəsində qədər təslim olmayacağıq”.


Xatırladaq ki, Braziliya mərhələsi noyabrın 13-də, Əbu-Dabi mərhələsi isə 20-də keçiriləcək

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul