"Football-plus.az" xəbər verir ki, o bunları deyib:
“2-ci yeri tutan komandalar həmişə əsas uğursuz sayılırlar. Mühəndislər kubokunda hansı – 2-ci, yoxsa 3-cü yeri tutacağımızın şəxsən mənim üçün əhəmiyyəti yoxdu. İstənilən halda bu, qələbə uğrunda mübarizə aparmaqla müqayisə oluna bilməz. Maşınımızı inkişaf etdirmək lazımdı ki, “Ferrari” ilə “Red Bull”a qalib gələk. İndiki çempionatda vəziyyətlə bağlı düşünmək əvəzinə növbəti mövsümə hazırlaşmalıyıq”.
Cari mövsümün 13 mərhələsindən sonra “Mersedes” Mühəndislər kubokunda 3-cü yerdə qərarlaşıb. “Ferrari” ikincidi, turnir cədvəlinə “Red Bull” başçılıq edir. Yeri gəlmişkən, “Red Bull”un pilotu Maks Ferstappen “Mersedes”in pilotu Lüis Hemiltona aid atributların yandırılması ilə bağlı sosial şəbəkələrdə gəzən videolara reaksiya verib:
“Əlbəttə, belə hərəkət yolverilməzdi. Sözsüz, bu adamların davranışından narazıyam, sadəcə, iyrəncdi”.
Avstriya “Qran-pri”sindən sonra sosial şəbəkələrdə məzmununu yuxarıda xatırlatdığımız videolar peyda olub. Görünür, belə videolar səbəbkarın – Lüis Hemiltonun vecinə də deyil. “Formula-1” yarışlarının yeddiqat qalibi bugünlərdə NFL-də yarışan “Denver Bronkos”un həmsahiblərindən biri olub. Sövdələşmənin maliyyə tərəfləri açıqlanmır.
“Denver Bronkos” 1960-ci ildə yaradılıb, 1970-ci ildə liqaların birləşdirilməsi zamanı NFL-ə qoşulub. Bu komanda üç dəfə - 1997, 1998 və 2016-cı illərdə Superboulu qazanıb.

