"Bavariya"dan Mane ilə bağlı paylaşım

10.11.2022 20:16 338
Dünya futbolu
Sadio Mane bundesliqanın 14-cü turunun “Verder”lə matçında (6:1) xəsarət alıb və ilk hissənin əvvəlində əvəzlənib.

Football-plus.az xəbər verir ki, o, zədə səbəbindən "Bavariya"nın "Şalke" ilə matçını buraxacaq. Münhen klubu bununla bağlı "tvitter" hesabında paylaşım edib:

"Yaxın günlərdə növbəti müayinələr aparılacaq. "Bavariya" Seneqal Futbol Federasiyasının tibbi heyəti ilə daim əlaqədədi".