Braziliya yığmasının qarşıdakı mundial üçün 26 nəfərlik yekun heyəti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi Tite adəti üzrə yerli kanallardan birinin canlı yayınında yekun siyahını açıqlayıb. Dünyanın ən titullu oyunçusu statusunda olan 39 yaşlı Dani Alveşin siyahıda olması diqqət çəkib. Əvəzində Tite ''Liverpul''un forvardı Roberto Firminonu, eləcə də ''Arsenal''ın müdafiəçisi Qabriel Maqalyaeşi turnirə aparmağı lazım bilməyib. ''Aston Villa''da çıxış edən Filipe Koutinyo isə zədə üzündən DÇ-dən kənar qalacaq. Qeyd edək ki, mundialın əsas favoritlərindən sayılan Braziliya turnirə noyabrın 24-də Serbiyaya qarşı oyunla start verəcək. G qrupunda bu iki komandadan başqa İsveçrə və Kamerun da mübarizə aparacaq. ''Pentakampeonlar'' noyabrın 14-də ''Yuventus''un Turindəki bazasında toplaşaraq burda 5 günlük hazırlıq keçəcəklər. Komanda noyabrın 19-da isə Dohaya yollanacaq. Sonda tam siyahını sizə təqdim edirik:
qapıçılar – Alisson Bekker (Liverpul), Ederson (Mançester Siti), Veverton (Palmeyras);
müdafiəçilər – Qleyson Bremer, Aleks Telyes, Danilo (hamısı ''Yuventus''), Eder Militao (Real), Markinyos (PSJ), Tyaqo Silva (Çelsi), Daniel Alveş (Pumas), Aleks Telyes (Sevilya);
yarımmüdafiəçilər – Bruno Gimarayeş (Nyukasl), Kazemiro, Fred, Entoni (hamısı ''Mançester Yunayted''), Everton Ribeyro (Flamenqo), Fabinyo (Liverpul), Lukas Paketa (Vest Hem), Qabriel Martinelli (Arsenal), Rafinya (Barselona);
hücumçular – Neymar (PSJ), Qabriel Jesus (Arsenal), Pedro (Flamenqo), Rişarlison (Tottenhem), Vinisius Junior, Rodriqo (hər ikisi ''Real'').