“Neftçi” Zəfər Gününə həsr olunmuş turnirə start verib.
"Footbal-plus.az" xəbər verir ki, “ağ-qaralar” “Vətən” RİOEUG Futbol Məktəbinin təşkilatçılığı ilə bu məktəbin bazasında 2012-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışdakı ilk matçında “Şirvansaray”la heç-heçə edib – 3:3.
"Neftçi"nin qollarından ikisini Şamil Allahverdiyev, birini isə Əli Məmmədli vurub.Qeyd edək ki, B qrupunda mübarizə aparan “Neftçi” oktyabrın 16-da “Səbail”, 23-də “Sabah”la qarşılaşacaq. A qrupunda isə “Vətən”, “Qarabağ”, “Xan” və “Sportinq” komandaları çıxış edir.
Yarımfinal oyunları oktyabrın 30-da, 3-cü yer uğrunda və final matçı isə noyabrın 3-də keçiriləcək.