Braziliya yığması DÇ-2022 ərəfəsində itki ilə üzləşib.
Filippe Koutinyo nəhəng turnirdə iştirak edə bilməyəcək. Budundan zədə alan yarımmüdafiəçinin sağalma müddəti təxminən 6 həftə çəkəcək. “Aston Villa”nın oyunçusu zədə səbəbindən premyer-liqanın “Mançester Yunayted”lə keçirilən son oyununda (3:1) meydana çıxmayıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.