• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cavid Hüseynov: "Görünür, ölkə futboluna xidmət etməyimiz heç kimə lazım deyil" - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

8-11-2022, 22:0

13-cü turda "Şamaxı" mövsümdə ilk qələbəsini qazandı. "Aslanlar"ın məşqçisi Cavid Hüseynovla "Turan Tovuz"la səfər oyunundan sonra söhbətimiz baş tutdu.

- "Turan Tovuz" üzərində qələbəylə bağlı təəssüratınız maraqlıdı...
- Tovuz komandasının turnir cədvəlindəki mövqeyinə baxanda bizi çətin səfər gözlədiyini bilirdik. Amma qələbə qazanacağımıza inanırdıq. Əslində, çoxdandı qələbə gözləyirdik. Bununla Ayxan müəllimin komandasını aşağılamaq istəmirəm, amma rəqibdən bir baş üstün oynamaqla 3 xalı qazandıq. Bu qələbə gələcək zəfərlərimizin başlanğıcı olacaq. "Turan Tovuz"la matçdan sonra səhvlərimizi daha detallı təhlil edərək çatışmazlıqları aradan qaldırıb inkişaf edəcəyik.

- Qələbədə əsas pay sahiblərindəm biri Rauf Hüseynli oldu. Futbolçu həm komanda şəklində müdafiə olunmaqda, həm hücumların qurulmasında iştirak etdi, həm də qol vurdu. Onun çıxışından razısız?
- Rauf çox perspektivli futbolçudu. "Zirə"də onunla komanda yoldaşı olmuşam. Yəni, Raufu futbolçu kimi yaxından tanıyıram. "Qarabağ"a qayıtdıqdan sonra uzun müddət ehtiyatda qaldı. Nəticədə bu onun oyun praktikasına təsir etdi. Rauf U-21 millimizin kapitanı və əsas heyət oyunçusu olub. Hazırda pis formada deyil. Amma daha da yaxşı ola bilər. Üzərində hələ çox işləməlidi.

- Rauf müqaviləylə "Qarabağ"a məxsusdu. Onunla icarə müqaviləsini uzadacaqsız?
- Hazırda heyətimizdəki 4-5 futbolçu ilə müqavilənin yenilənməsi üçün danışıqlar aparırıq ki, onların arasında Rauf da var. "Qarabağ"la danışıqlar aparırıq.

- Ümumiyyətlə, qış fasiləsi üçün geniş transfer siiyahınız var?
- 10 futbolçuyla danışıqlar aparırıq. Onlardan heç olmasa 4 təcrübəli futbolçunu sıralarımıza qatmaq istəyirik.

- Transfer siyahınızda Rauf Əliyev də var?
- Ad açıqlamayacam. Amma heyətimizdə təcrübəli futbolçuların yer almasında maraqlıyıq.

- Son oyunlarda Qurban Səfərov ehtiyatda yer alır. Bunun səbəbi intizamsızlıqdı?
- Qurban fərqli xarakterə malik, çılğın, amma perspektivli futbolçudu. "Şamaxı"ya təyinat alanda onunla söhbət etdik. Mənə söz verdi ki, həm komandada, həm də yığmada intizamsızlığa yol verməyəcək. Buna rəğmən, U-21-də yenə intizamsızlıq etdi, hətta qırmızı vərəqə aldı. Onun inttizamsızlığıyla bağlı bizə daha detallı məlumatlar verilmədi. Buna rəğmən, onunla yenə fərdi söhbət, tənbeh və xəbərdarlıq etdik. Nizam-intizam bizim üçün əsasdı. Amma Qurbanın son oyunlarda, o cümlədən "Turan Tovuz"la matçda ehtiyatda qalması sırf taktiki seçimlə bağlıdı.

- 13 tur arxada qalıb. Komandanız daha çox xal toplaya bilərdi?
- Sıfırdan qurulan və gənc yerli futbolçuların yer aldığı komandayıq. "Şamaxı"ya dəvət edilərkən rəhbərliklə ətraflı söhbətimiz baş tutdu. Bütün məşqçi heyətimiz vurğuladı ki, yenidən qurulan, premyer-liqa təcrübəsi olmayan gənclərdən təşkil edilən komandada sabit oyun sərgiləmək, yaxşı nəticə qazanmaq 5-10 günün, 10-15 oyunun işi deyil. Bunun üçün minimum 1 il vaxt lazımdı. Gənc futbolçularımız oyundan-oyuna "artırır". Futbol ictimaiyyəti və medianın da bununla bağlı basqısını hiss edirik. Yuxarıda qeyd etdiklərimdən dolayı daha yaxşı oynaya bilməzdik. Bu mövsüm yaxşı oyunlarımız az olmayıb. Ən azı 4-5 görüşdə rəqiblərimizdən bir baş üstün oynamışıq. Sadəcə, bəxtsizlikdən ya məğlub olduq, ya da heç-heçə etdik.

- Medianın üzərinizdə təzyiqi var?
- Media bizi son pillədə olmağımıza, ardıcıl məğlubiyyətlərə və heyətə legionerlər cəlb etmədiyimizə görə qınayır. Hazırda əsas məqsədimiz yerli futbolçuları inkişaf etdirməklə Azərbaycan futboluna qazandırmaqdı. Amma görünür, ölkə futboluna xidmət etməyimiz heç kimə lazım deyil. Legioner cəlb edib turnir cədvəlində 6-7-ci yerləri tutmaqla futbolumuz nə qazanacaq? Ona görə də hazırda əlimizin altında olan 25 yerli futbolçunu inkişaf etdirmək istəyirik. Bununla perspektivli gənc futbolçuları Azərbaycan millisinə qazandıra bilərik. Məqsədimiz odu ki, ən azı 2-3 futbolçumuz yığmada oynasın. Bütün oyunçularımızın uğurlarında maraqlıyıq.

- Bir mütəxəssis kimi "Qarabağ"ın Avroliqada mübarizəni dayandırması haqda nə deyərdiz?
- "Qarabağ" bu gün futbolumuzu beynəlxalq arenada layiqincə təmsil edən yeganə komandadı. Ancaq xoş sözlərə layiqdilər. "Frayburq"la evdəki matçda da üstün futbol oynadılar. Sadəcə, şans onlardan üz döndərdi. Əvvəlcə hakim penaltini vermədi, sonrakı qolumuz ofsayda görə qeydə alınmadı. Əsas odu ki, Qurban Qurbanov və yetirmələri Azərbaycanı layiqincə təmsil etdir. İnanıram ki, Ağdam təmsilçisi Konfrans Liqasında da uğurla mübarizə aparacaq.


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

4-11-2022, 16:0

"Şamaxı" Tovuz səfərindən 3 qollu qələbə ilə dönür - YENİLƏNİB

Ölkə futbolu

30-06-2022, 16:0

Amil Yunanovun “Turan Tovuz”dan imtinasının səbəbi – ÖZÜ AÇIQLADI

Premyer-liqa / Manşet

9-09-2022, 18:0

"Turan Tovuz" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

Ölkə futbolu

29-07-2022, 21:0

"Turan Tovuz" Gürcüstan klubuna qalib gəldi

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Dünya futbolu

28-09-2022, 13:0

"Turan Tovuz"un futbolçusu milli komandası ilə qələbə qazandı

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Dünən, 12:57
    "İmişli"də ayrılıq
  • Dünən, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Dünən, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Dünən, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Dünən, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Dünən, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Dünən, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Dünən, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Dünən, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Dünən, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 196
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə