“Sabah”ın qapıçısı Yusif İmanov Azərbaycan çempionatında 10-cu quru oyununu keçirib.
"Football-plus.az" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, gənc qolkiperin yubileyi Misli premyer-liqasının 13-cü turunun “Səbail”lə görüşünə təsadüf edib – 2:0.
Yusif mövsümdəki 13-cü matçında 7-ci dəfə qapısını toxunulmaz saxlayıb. Premyer-liqada ötən çempionat debüt edən İmanov 7 görüşdən üçündə qol buraxmayıb.
O, 20 yaş 40 günlüyündə quru oyunların sayını 10-a çatdırıb. Yusif 21-ci əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qapıçıdı.
Bu, ümumilikdə yarışın 30 illik tarixində 7-ci nəticədi. Yalnız 6 qapıçı “10”a daha gənc yaşında çatıb ki, bunların hamısı ötən əsrdə qeydə alınıb. Mütləq rekord isə Dmitri Kramarenkoya məxsusdu – 17 yaş 297 günlük.