"Qarabağ"ın azarkeşləri sevindirəcəyinə inanıram" - Fərid Qayıbov

31.08.2022 13:56 392
İdman
"Qrup oyunlarında "Qarabağ"a uğurlar arzulayıram".

"Football-plus.az" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz qeydində yazıb.

Nazir daha sonra bildirib:

"Futbolumuzu qitə səviyyəsində layiqincə təmsil edən "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bizi yenidən sevindirdi. Komandanın bu mərhələdə də azarkeşləri sevindirəcəyinə inanıram".


Qeyd edək ki, "Qarabağ" G qrupunda Almaniyanın "Frayburq", Yunanıstanın "Olimpiakos" və Fransanın "Nant" klubları ilə mübarizə aparacaq.