"Viktoriya" layiq olmadığı şəkildə qalib gəldi" - "Frayburq"un baş məşqçisi

8.09.2022 14:03 1 057
Avropa Liqası
Almaniyanın "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri olan "Qarabağ"ın bu mövsüm əslində UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamalı olduğunu söyləyib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis bunun Azərbaycan çempionunun Çexiya "Viktoriya"sına qarşı keçirdiyi ÇL-in pley-off mərhələsindəki cavab oyunundan danışarkən deyib:

“Mən "Qarabağ"ın "Viktoriya" ilə oyunlarına baxmışam. "Viktoriya" iki dəfə çərçivəyə zərbə vurdu və layiq olmadığı şəkildə 2:1 hesabı ilə qalib gəldi. Əks halda, "Qarabağ" Çempionlar Liqasında oynamalı idi".