• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF prezidentindən maraqlı açıqlama: “Azərbaycandan gələn təklifi qəbul etmədik”

Dünya futbolu / Manşet

5-11-2022, 14:0

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi “Anadolu Ajansı”na önəmli açıqlamalar verib.

Football-plus.az xəbər verir ki, federasiya sədri Türkiyə futbolunun yaralı yeri olan hakimlik haqda danışaraq əcnəbi hakimlərin dəvət olunması perspektivinə və Cüneyt Çakırın vida oyununa toxunub:

“Bu yaxınlarda İngiltərə çempionatını təşkil edən yönəticilərlə görüşümüz oldu. Onlardan klub prezidentlərinin oyunlardan əvvəl və ya sonra hakimlər haqda danışıb-danışmadıqlarını soruşduq. “Xeyr, belə şey bizim lüğətimizdə yoxdu” dedilər. Hakimlər haqda danışanlara ağır cəzalar verirlər. Bizdə isə hər uduzan komanda hakimi “qurbanlıq qoyun”a çevirir. Məgər baş məşqçi və ya futbolçu səhv etmir? Onlar kimi hakimlər də səhv edə bilər. Bu o demək deyil ki, hakim pisdi. Hətta bu məsələ dövlət başçımızın da diqqətini çəkib. Bizdə hər uduzan “hakim bizi doğradı” deyir. Bu alışqanlığımızı, futbol mentallığımızı dəyişməliyik! Kim nə gəldi, nə istədi danışır. Halbuki danışdıqları mövzu ilə bağlı həqiqətlərdən xəbərləri yoxdu. Məsələn, bizdə hakimlərin sayının az olduğunu deyirlər. Heç İngiltərədə nə qədər hakimin olduğunu bilirsizmi? Orda 20 komandalı turnirdə cəmi 19 hakim var. Bura VAR hakimləri də daxildi. Bizdə isə 22-23 baş hakim və 12 VAR hakimi var. “Hər dəfə eyni hakimləri təyin edirlər” tipli şikayətlər eşidirəm. O məntiqlə İngiltərədə eyni hakimlərə hətta bizdəkindən də çox oyun verirlər. Klublar inkişaf etmək istəyirsə, səhvi başqa yerdə yox, özlərində axtarmalıdılar. Hakim təyinatlarını kompüter və alqoritmlə həyata keçiririk. Orda təxminən 41-42 meyar var. Bir hakim bir komandanın oyununa 3 turdan tez təyinat almır. Hər həftə qazandıqları xallar, mövsümün əvvəlindən bəri qazandıqları xallar, psixoloji durumları, FİFA hakimi olub-olmamaları kimi bir çox meyar nəzərə alınır. Hakimlərimiz Avropada saysız-hesabsız oyun idarə edib. O matçlarda onlardan şikayət edən olmur! Burda isə obyektivlik olmadığı üçün hamı şikayət edir. Bu mövsüm məni ən çox üzən aşağı liqalardan birindəki matçda yol verilən səhv oldu. Top xətti az qala yarım metr keçsə də, hakim qolu qeydə almadı. Çünki VAR yox idi. Bəribaşdan deyim ki, əsas hakimlərlə bağlı dəyişiklik etmək fikrimiz yoxdu. Başqa ölkədən baş hakim gətirməyə ehtiyac görmürəm. İstisna kimi hansısa ölkə ilə anlaşıb hakim yerdəyişməsi edə bilərik. Onlar bizə, biz də onlara göndərə bilərik. Amma hazırda bu mövzuda heç bir yenilik yoxdu. VAR hakimləri ilə bağlı isə durum bir qədər fərqlidi. Onların sayını 12-dən yuxarı qaldırmaq istəyirik. Çünki hər həftə superliqa və 1-ci liqada ümumilikdə 18 qarşılaşma olur. Qısa müddətdə onların sayını artıra bilməsək, ola bilər ki, xaricdən VAR hakimləri dəvət edək. Noyabr və dekabrda yeni VAR hakimləri tapmağa çalışacağıq. Bizim üçün say yox, keyfiyyət əsasdı. Hakim mübadiləsi mövzusunda ən birinci Niderlandla yazışdıq. Sonra Belçika, Almaniya, Fransa və İngiltərə ilə də ünsiyyət qurduq. Amma onlarda hakimlərin sayı az olduğu üçün baş tutmadı. Azərbaycandan gələn təklifi isə biz özümüz qəbul etmədik. Premyer-liqanın yayın gəliri 4 milyard funt sterlinqdi. Bizdə isə təxminən 120 milyon dollardı. Niyə? Çünki orda heç kim hakimlik haqda danışmır. Heç kim öz malını pisləmir, dəyərdən salmır. Cüneyt Çakıra vida oyunu ilə bağlı söz vermişəm. UEFA-nın da razılığını almışıq. Qarşıda Şotlandiya və Çexiya ilə yoldaşlıq oyunları var. Çexiyanı Qaziantepdə qəbul edəcəyik və o matçın ilk 5 dəqiqəsini Çakır idarə edəcək. Hədiyyəsini təqdim edib onunla gözəl şəkildə vidalaşacağıq. Bizə xaricdə çalışmaq istədiyini deyib. Bizi UEFA-da təmsil edə bilməsi üçün ona bacardığımız qədər dəstək verəcəyik”.


ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-08-2022, 13:0

TFF başqanı “Beşiktaş”ın cavabını verdi

Dünya futbolu

20-06-2022, 15:0

Cüneyt Çakırın köməkçilərindən şok qərar!

Dünya futbolu

15-10-2022, 16:0

Çakır üçün vida oyunu keçiriləcək?

İdman

23-05-2022, 14:0

Hakimlər üçün seminar keçirildi

Dünya futbolu

8-04-2022, 12:0

TFF Çakırı İsveçrəyə verdi!

Dünya futbolu

7-10-2022, 15:0

Çakırın yeni işi bəlli oldu

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 199
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə