Çempionlar Liqasının əsas mərhələsində 1-ci turun həyacanı yaşanır.
Bu arada dünyanın ən mühüm statistik portallarından biri, bəlkə də birincisi olan ''Opta'' bu mövsüm ÇL üçün ehtimalları açıqlayıb. 10 min mümkün ehtimalı kompyuterlə hesabladıqdan sonra əsas favorit kimi ''Arsenal'' ortaya çıxıb.
Ötən mövsüm finalda yalnız penaltilər seriyasında uduzan London nəhənginin bu dəfə qalib gəlmək ehtimalı 20,4 faizdi. Favoritlər arasında digər pillələrdə ''Bavariya'' (19,4%), ''Mançester Siti'' (12,3%), ''Barselona'' (8,2%), son çempion PSJ (7,1%), ''Liverpul'' (6,1%) və ''Real'' (4,4%) qərarlaşıb. Türkiyə təmsilçilərindən ''Qalatasaray''ın ''24-lüy''ə düşmək ehtimalı 44,3 faiz, birbaşa 1/8 finala yüksəlmə ehtimalı 23,7 faiz, 1/4 ehtimalı 7,3 faiz, yarımfinal ehtimalı 2,1 faiz, finala yüksəlmək ehtimalı 0,4 faiz, çempion olmaq ehtimalı isə 0,1 faizdi.
Maraqlıdı ki, İstanbulun digər nəhəngi, 2013-cü ildən bu yana öz ölkəsində çempion ola bilməyən ''Fənərbaxça'' bu ehtimalların hər birində az da olsa, ''Qalatasaray''dan öndədi. Məsələn, ''Fənər''in ''24-lüy''ə düşmək ehtimalı 48,2 faiz, birbaşa 1/8 finala yüksəlmək ehtimalı 27,5 faiz, 1/4 ehtimalı 8,4 faiz, yarımfinal ehtimalı 2,2 faiz, finala yüksəlmək ehtimalı 0,5 faiz və nəhayət, çempion olmaq ehtimalı 0,2 faizdi. Debütant ''Sabah'' isə pley-off şansı ən aşağı dəyərləndirilən komandadı.
Təmsilçimizin ''24-lüy''ə düşmək ehtimalı yalnız 15,9 faizdi. ''Sabah''ın ardından pley-off şansı ən aşağı qiymətləndirilən kollektiv ''Slovan''dı (16,1 faiz). Amma qəribədi ki, ''Sabah''ın 1/8-ə yüksəlmək ehtimalı (4,8%) ''Slovan''la müqayisədə (3,4%) daha yüksəkdi.
''Opta'' ÇL-in favoritini açıqladı - "Sabah" 16 faiz şans verdi!
Dünya futbolu






