Hakimlər üçün seminar keçirildi

23.05.2022 14:26 542
İdman
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) fəaliyyət proqramına əsasən hakimlərin növbəti seminarı keçirilib.

"Football-plus.az" xəbər verir ki, qurumun Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin idarə etdiyi nəzəri seminarda müxtəlif bölgələrdən 50-dək hakim iştirak edib. Tədbirdə yarış qaydalarında yeniliklərlə bağlı məlumat verilib, hakimləri maraqlandıran suallar cavablandırılıb.

Toplantıda iştirak edən AMKF-in prezidenti Yaşar Bəşirov mütəmadi təşkil edilən belə tədbirlərin hakimlərin inkişafında mühim rolundan danışaraq onlara uğurlar arzulayıb.