"Qarabağ" "Frayburq"u qonaq edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında ağdamlıların müdafiəçisi Bəhlul Mustafazadə iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
"Matçın ciddiyətinin fərqindəyik. Keyfiyyətli komandaya qarşı oynayacağıq. Azarkeşlərimizi sevindirmək üçün maksimum çalışacağıq".



