"Sabah klubumuzun böyük tarixini göstərməliyik" - Matyö Valbuena

5.10.2022 20:10 399
Avropa Liqası
Sabah Avropa Liqasında 3-cü tura start veriləcək.

"Qarabağ" səfərdə "Olimpiakos"la qarşılaşacaq. Oyundan öncə rəqibin futbolçusu Matyö Valbuena mətbuat konfransında iştirak edib. Sizi fransalının fikirləri ilə tanış edirik:

"Mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidi. Oynasam, qələbə üçün əlimdən gələni edəcəm. Sabah klubumuzun böyük tarixini göstərməli və oyunda qalib gəlməliyik. Tamamilə matça köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq".