"Qarabağ"da ciddi itki: "Frayburq"la matçı buraxacaq

31.10.2022 16:36 373
Ölkə futbolu
Misli premyer-liqasının 12-ci turunda “Şamaxı” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, millimizin də üzvü olan yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb.

Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun noyabrın 3-də Avropa Liqasının qrup mərhələsində “Frayburq”la matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.