Ardıcıl 3-cü dəfə Rusiya Superkubokunu qazandılar

9.07.2022 23:55 316
Dünya futbolu
Bu gün Rusiya Superkubokunun qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, həlledici matçda Rusiya Superliqasının son qalibi "Zenit" və Rusiya kubokunun son qalibi "Spartak" qarşılaşıb. 4:0 hesablı qələbə qazanan Sankt-Peterburq təmsilçisi ardıcıl 3-cü, tarixində isə 7-ci dəfə Superkubokun qalibi olub.

9 iyul

"Zenit" - "Spartak" (Moskva) - 4:0
Qollar: Sergeyev, 29, Malkom, 34, Vendel, 46, Kasserra, 90+3