Messi və Qatye Fransada "at oynadır"

25.10.2022 16:37 337
Dünya futbolu
Fransa çempionatında 12-ci tur hadisələrlə zəngin oldu.

Football-plus.az xəbər verir ki, PSJ Messinin qolu və iki məhsuldar ötürməsi sayəsində səfərdə “Ayaçço”nu darmadağın etdi.

“Marsel” ardıcıl 3-cü oyunda məğlub oldu. “Loryan” da Truada büdrədi. Belədə səfərdə “Anje”yə qalib gələn “Renn” 4-cü pilləyə yüksəldi. Turun hadisələrindən “Monako”nu məğlub edən “Lill”in “knyazlar”ı arxada qoymasını və “Lion”un Loran Blanın rəhbərliyi altında ilk qələbəni qazanmasını da vurğulamalıyıq.

Bundan əlavə, 12-ci turun oyunlarından sonra Fransa çempionatında 2 fakt qeydə alınıb. Hər iki məqam da PSJ ilə bağlıdı:

* Messi və De Bruyne “böyük beşlik” ölkələrində məhsuldar ötürmələrin sayına görə liderdi. Hər biri 9 qolun məhsuldar ötürməsini verib. Argentinalının 6 ötürməsindən Mbappe yararlanıb.

* PSJ Qaltye dönəmində bir dəfə də uduzmayıb. Fransa çempionatında və Çempionlar Liqasında keçirdiyi 17 oyunun 13-də qalib gələn, 4-də heç-heçə edən parislilər mövsümün startında Superkuboku da qazanıb (Nant – 4:0).