Millimizin oyununun hakimləri açıqlandı

5.06.2022 00:40 579
Yığma
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Finlandiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Jasmin Sabotic
Baş hakimin köməkçiləri: David Mateus Santos, Dani Dias Balsa
Dördüncü hakim: Jeremi Muller
(Hakimlər briqadası Lüksemburqdandır)

Qeyd edək ki, iyunun 7-də Helsinkidə “Helsinki Football Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.