“Mançester Siti”də yeni müqavilə

4.10.2022 23:20 355
Dünya futbolu
“Mançester Siti”də tezliklə yeni müqavilə rəsmiləşəcək.

Rəhbərlik Fil Foden ilə bu mövzuda razılıq əldə edib. Onun yaxın günlərdə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmanı imzalayacağı jurnalist Devid Ornşteyn xəbər verib.

Foden “Mançester Siti”nin yetirməsidi. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm premyer-liqada keçirdiyi 8 oyunda 5 qol vurub.