• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Mingəçevir" - "nur şəhəri"nin nur saçmayan klubu - KÖŞƏ

Manşet / Yazarlar

15-10-2022, 12:0

İnsan üçün ən ağır dərd ümidlərinin qırılmasıdı. Bəzən uğur əldə edirsən, onun eyforiyasına qapılırsan.

Düşünürsən ki, bundan sonra hər şey əla olacaq. Amma sonradan keçmiş günlərini xatırlayırsan. Deyirsən ki, kaş elə keçmişdəki mövqeyimdə qalardım, heç buralara gəlməzdim.

Bizim “Mingəçevir” də ümidlərimizi belə qırır. Niyə bizim? Çünki şəxsən mən Region Liqasında çıxış edən, bu komanda “Energetik” olan zaman 5-6 oyununu yerində işıqlandırmışdım. Hətta bölgə klubunun "E-sport" komandasının da üzvü olmuşdum. “Energetik”i AFFA-nın təşkil etdiyi E-milli liqada təmsil edirdim.

“İşıqçılar” “Mingəçevir" olanda çox şeyin dəyişəcəyinə ümid edirdim. Həqiqətən şəhər əhalisi komandanın peşəkar futbolda olması üçün əlindən gələni edirdi. Region Liqasında hər ev oyununa 2-3 min azarkeş gəlirdi. Klubun prezidenti Ruslan Həmidov hər həftə saytlara, qəzetlərə açıqlama verirdi ki, komanda diviziona gəlsə, daha yaxşı işlər görərik. Region Liqasının 1/4 finalında, “Cəbrayıl”la oyunda yaşananlara görə az qala hamıdan üzr istəmişdi. Futbolçuların peşəkar olmadığını bildirib, daha peşəkar liqada, yaxşı maliyyə ilə səviyyəli komanda formalaşdıracaqlarını dilə gətirirdi. “Futbol+” qəzeti olaraq biz də onların istəklərini, arzularını ictimaiyyətə çatdırırdıq. Bu, mən və digər həmkarlarımın işidi. Çalışırıq ki, hər şeyi peşəkar səviyyədə edək. Bəzən səhvlərimiz də olur, bizdən asılı olmadan yanlış informasiyalar da dərc edirik. Lakin səhvlərimizə görə kimlərisə günahlandırmır, bəhanələr axtarmırıq.

"Mingəçevir" - "nur şəhəri"nin nur saçmayan klubu


Çox çək-çevirdən sonra “Energetik” “Mingəçevir” adı ilə 1-ci diviziona buraxıldı. Klubda İdarə Heyəti formalaşdı. Ordan cəmi 2 nəfər tanıyırıq. Sədr Rövşən Əhmədov və köməkçisi Ruslan Həmidovu. Digərlərinin kim olduğunu bilmirik. Bu, informasiya bir Allahda, bir də Rövşən müəllimlə köməkçisində var. Mənə hələ də çatmır ki, bu sədr müavini nəyə lazımdı? Heç yaranma tarixi 1 il olmayan klubda sədr nə işlər gördü ki, ona köməkçi də təyin olunsun? Bu o demək deyil ki, Ruslan Həmidov qıraqda qalmalı idi. Heç olmasa, prezident olardı. Sədr müavini nədi, sən Allah? Onsuz da idarəçiliklə bağlı bütün işləri Ruslan Həmidov görürsə, niyə kiminsə köməkçisi olmalıdı?

Keçək başqa məsələlərə. Komandanın formalaşması bir müddət çəkdi. Gah dedilər, sənədləşmədə, gah da dedilər, Ədliyyə Nazirliyində problem olub. Birtəhər hər şeyi yoluna qoydular. Bundan sonra baş məşqçi axtarışları başladı. Rövşən Babayevlə danışıqlar aparıldı, amma razılıq olmadı. Sonra “Energetik”in baş məşqçisi Zaur Qarayevin köməkçisi Azər Həşimov komandanın çalışdırıcısı oldu. Sevindik! "Dostumuz, tanışımızdı" deyərək, təbrik etdik. Ümidləndik ki, “Mingəçevir”in gələcəyi işıqlı olacaq. Amma sən saydığını, say, gör fələk nə sayır?

Birinci divizionda 7 tur arxada qalıb. Komanda 7 xalla 15 klub arasında 11-ci pillədə qərarlaşıb. İlk turda 3200 azarkeşin önündə “Neftçi-2” darmadağın edildi - 4:1. Düşündüm ki, "Araz Naxçıvan”la çempionluq uğrunda mübarizə aparacaq. Amma sonrakı oyunlar ümidləri puç etdi. “İşıqçılar” bu mövsüm cəmi 2 qələbə qazanıb. Demək olar ki, heyətində peşəkar futbolçu olmayan “İmişli” səfərdə darmadağın edilib - 6:0. Son turda isə doğma meydanda “Sumqayıt-2” ilə heç-heçə qeydə alınıb - 1:1.



Komandanın 4-5 oyununu PFL-in “yutub” kanalından izləmişəm. Belə qənaətə gəlmək olar ki, “Mingəçevir”ə xala xətrin qalmasın prinsipi ilə oyunçular cəlb olunub. Rövşən müəllim deyirdi ki, mingəçevirlilərdən ibarət, meydanda can qoyan kollektiv formalaşdıracağıq. Düzdü, bu sözə əməl olunub. Amma “Energetik”in vaxtında əsas heyətə düşməyən oyunçular indi “Mingəçevir”in “ulduzları” olublar. Deyəsən, Azər Həşimov öz yerlilərinin arasından ancaq dost-tanışlarını meydana buraxır. Təbii ki, bu da nəticələrə təsir edir.

Komanda yaxşı çıxış etməyə bilər. “İmişli” kimi sonuncu yerdə də ola bilər. Onlara "gözünün üstündə qaşın var" deyən yoxdu. Klub rəhbərliyi açıq-aşkar deyir ki, sıfırdan formalaşmışıq, hələ bizim üçün iddialı olmaq tezdi. Bəs "daha peşəkar olacağıq" deyən sədr Rövşən Əhmədovun komandası niyə bu gündədi? Sabiq hakim və hakim-inspektor elə düşünürdü ki, klub idarə etmək oyun idarə etməkdi? Azər Həşimov zənn edirdi ki, baş məşqçi olandan sonra hər oyunda qələbə qazanacaq? Komandanı formalaşdırmaq ancaq klub rəhbərliyindən asılı olacaqsa, baş məşqçinin funksiyası nədən ibarətdi? Rövşən Əhmədovun “yuxarılar”a “ancaq mingəçevirli uşaqlarla oynayacağıq, daha az pul xərcləyəcəyik” sözünün acısını nə üçün azarkeşlər çəkməlidi? Halbuki həmin fanatlar öz pullarını xərcləyib səfərlərə gediblər. İdarə Heyəti olmayanda, komandanın çətin günlərində yanında olublar.

İki-üç gündü ki, azarkeşlər sosial şəbəkələrdə nəticələrə görə etiraz edirlər. Haqlıdılar! Vədlər verilibsə, yerinə yetirilməlidi. Görürsüz ki, bacarmırsız, elə yolun başlanğıcında işi başqalarına təhvil verib, getmək lazımdı.

İdarə Heyəti formalaşdırmaq və özünə sədr təyin etməklə klub saxlamaq olmur. “Mingəçevir”in sosial şəbəkələrdə fəallığı sıfıra bərabərdi. Heç olmasa, AFFA-nın ayırdığı maliyyənin cüzi hissəsini bu sahəyə ayırın, klubun media işlərini görmək üçün kimisə təyin edin. Yox, hansısa şəxslə işləmək istəmirsizsə, şirkətlərlə əməkdaşlıq edin. Bu da futbolçuları idarə etmək deyil ki, bacarmayasız...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-04-2022, 21:0

Azərbaycanın daha bir köklü klubu fəaliyyətini dayandırır - ÖZƏL

Aktual / Manşet / Günün xəbəri

11-05-2022, 12:0

“Mingəçevir” “Energetik”in varisidi? - Klub rəsmisi açıqladı

Ölkə futbolu / Manşet / Günün xəbəri

29-04-2022, 14:0

Bu Azərbaycan klubu rəsmən fəaliyyətini dayandırdı - ÖZƏL AÇIQLAMA

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə