Del Pyero, Cilardino və Sinyoriyə çatdı

11.10.2022 23:55 312
Dünya futbolu
A seriyasının “Fiorentina” ilə oyunu Çiro İmmobile üçün əlamətdar olub.

O, “Latsio”nun 4:0 hesabı ilə qalib gəldiyi matçda son nöqtəni qoyub. Təcrübəli hücumçu bununla da A seriyasındakı qollarının sayını 188-ə çatdırıb. Çiro bu göstərici ilə Alessandro Del Pyero, Alberto Cilardino və Cüzeppe Sinyoriyə çatıb.

İtaliya çemionatının ən yüksək liqasının bombardirlərinin siyahısına 274 qolla Silvio Pyola başçılıq edir.