Ovusu bu göstəricidə birincidi - Avropa Liqası

7.10.2022 12:10 472
Avropa Liqası
“Qarabağ”ın futbolçusu Ovusu Kvabena bu mövsüm Avropa kuboklarında uğurlu oyunu ilə seçilir.

"Footbal-plus.az" xəbər verir ki, qanalı hücumçu komandasının dünən “Olimpiakos”a Afinada 3:0 hesabı ilə qalib gəldiyi oyunda böyük pay sahibi olub. Matçda ilk qolu məhz Ovusu vurub.

UEFA-nın açıqladığı statistik göstəriciyə əsasən, Ovusu yarışın ilk 3 turunda çərçivəyə ən çox zərbə endirən (7 dəfə) oyunçular sırasında birinci yeri tutur. Bu zərbələrdən 2-si isə qol olub. Bununla da Ovusu yarışın bombardirləri siyahısındadır. İlk pillələri hərəyə 3 qolla Ximenes (“Feyenoord”) və Qapko (PSV) tuturlar.

Bundan başqa, Ovusu qapıya ən çox zərbə endirən (11 dəfə) oyunçular sırasında da yer alıb - 4-cü pillə. Bu göstəricidə lider isə 14 zərbə ilə “Mançester Yunayted”li Kriştiano Ronaldodu.