"Rəqib revanş almağı düşünür" - Ramil Şeydayev

12.10.2022 13:23 515
Avropa Liqası
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Olimpiako” (Yunanıstan) oyunundan əvvəl təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin futbolçusu Ramil Şeydayev jurnalistlərin suallarını cavablandırdı.

"Footbal-plus.az" xəbər verir ki, o, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi...

- Ümid edirəm ki, nəticə xeyrimizə olacaq. Rəqib revanş almağı düşünür. Çətin matç olacaq. İlk oyundan daha ciddi, məsuliyyətli yanaşırıq. Bütün azarkeşlərimizi tribunada gözləyirik.

- “Olimpiakos”a vurduğun qoldan sonra çılğın formada sevindin. Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması idi?

- Sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Sadəcə, qol sevincim idi.