"Olimpiakos"un "Qarabağ"ı məğlub edəcəyinə inanıram" ""Xəzər Lənkəran"ın sabiq futbolçusu

30.09.2022 10:53 658
Avropa Liqası
"Xəzər Lənkəran"ın keçmiş futbolçusu Dimitrios Sialmas Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunundan gözləntilərini bölüşüb.

"Footbal-plus.az" xəbər verir ki, yunanıstanlı sabiq hücumçu Pirey təmsilçisinin artıq xal qazanmalı olduğunu deyib:

"Olimpiakos" güclü komandadı. Onların "Qarabağ"ı məğlub edəcəyinə inanıram. Komandanın avrokuboklarda necə oynadığını bilirəm. "Olimpiakos"un inkişafı göz qabağındadı. Bundan başqa, artıq Avropa Liqasında xal qazanmalıdılar".


Sialmas 2012-2013-cü illərdə "Xəzər Lənkəran"da forma geyinib. O, Azərbaycan klubu ilə 21 oyunda 6 qola imza atıb.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.