"Football-plus.az" xəbər verir ki, o, yerli mətbuata açıqlamasında 0:0 bitən Bakıdakı matç barədə bunları deyib:
"Bu nəticə bizə revanş üçün əla şans verir. Komandamızla fəxr edirəm. Biz çətin şəraitdə heç-heçə üçün mübarizə apardıq və istəyimizə çatdıq. Bakıda hava çox pis, rəqib isə yaxşı idi".
O bu qarşılaşmanı ən karyerasının ən çətin görüşü adlandırmayıb:
"Deməzdim ki, Bakıdakı oyun mənim üçün ən çətin matç idi. Mən hətta bunu ağlımdan da keçirmirəm. Hər dəfə meydana çıxanda rəqibin kimliyindən asılı olmayaraq, əlimdən gələni etməyə çalışıram".





