Sabah Millətlər Liqasının son oyununda Azərbaycan - Qazaxıstanı qəbul edəcək.
Football-plus.az xəbər verir ki, görüşdən öncə rəqibin üzvü Yan Voroqovski mətbuat konfransında iştirak edib. O, görüş haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı...
"Sabahkı oyun çətin olacaq. Azərbaycan güclü komandadı. Biz bunu bilirik. Maksimum nəticə əldə etmişik, amma sabah qələbə qazanmaq istəyirik.
- Düşünmək olar ki, sabah tam güc xərcləməyəcəksiz?
- Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktiki ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik.
- Azərbaycanın son 2 oyunda qələbə qazanması sizi narahat etmir.
- Rəqibi təbrik edirik. Biz onlarə ciddi rəqib hiss edirik. Onlarla oyunda güclü oynamaq lazımdı
- Azərbaycanın Slovakiyanı udması sizin üçün sürpriz olmadı?
- Təbii ki, Azərbaycan güclü rəqibdi. Bu ölkənin "Qarabağ" kimi güclü klubu var. Biz onlara hörmətlə yanaşırıq. Onlardan da eynisini gözləyirik.