“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
"Footbal-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” “Barselona”dan müdafiəçi Serjinyo Desti icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı amerikalı oyunçu 2023-cü ilin yayına qədər “Milan”da çıxış edəcək.
Dest 2020-ci ildən “Barselona”da çıxış edir. O, Kataloniya təmsilçisində 72 oyunda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.