Maykl Karrikdən sonra İngiltərə premyer-liqasında daha bir məşqçi istefaya göndərilib.
"Football-plus.az" xəbər verir ki, “Kristal Pelas” baş məşqçi Pyer Sajla yolları ayırıb. Fransalı mütəxəssis təyinatından 5 ay sonra vəzifəsindən azad edilib.
“Kristal Pelas” Salı iyunda baş məşqçi təyin etmişdi. Komanda onun rəhbərliyi altında mövsümün startında 7 dəfə məğlub olub, 2 qələbə qazanıb, 1 oyunda heç-heçə edib. London təmsilçisi 10 turdan sonra 7 xalla sonuncu - 20-ci yeri tutur.
Premyer-liqada 5 ay tab gətirə bildi
Dünya futbolu





