SMG qaliblərin pullarının verilməməsinin səbəbini açıqladı

11.10.2022 12:40
Aktual / Manşet
Ötən sayımızda “Coca-Cola”nın sponsorluğu, AFFA-nın təşkilatçılığı ilə keçirilən EML Pro Liqasının qaliblərinin pullarını almaması ilə bağlı informasiyanı diqqətinizə çatdırmışdıq.

Football-plus.az xəbər verir ki, çempion “Şamaxı”, gümüş medalların sahibi RUEM, 3-cü “Araz Bakı” hələ də 2500, 1000 və 500 manatını almayıb. “Şirlər”in kiber komandasın üzvü Ramil Nəbiyev SMG şirkətini burda günahkar bilmiş, rəhbərliyinin onları aldatdığını qeyd etmişdi.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq:

“Hazırda şirkətimizin hesabları bloklanıb. Biz problemi dəfələrlə iştirakçılara bildirmişik. Maliyyə problemlərimiz həll olunandan sonra şikayətçilərin məsələlərini həll edəcəyik. Lakin bütün beynəlxalq turnirlərdə mükafatlar 7 ay ərzində iştirakçıların balansına köçürülür. Biz əvvəlki üç turnirdə deyilən vaxtda qaliblərin pullarını ödədik. İndi bilmədiyimiz səbəbdən şirkətimizin hesabları bloklanıb. Bu məsələni həll edədən sonra başqa məsələlərə adaptasiya olacağıq”.


İLKİN SULTANLI