2500, 1000 və 500

23.06.2022 17:41
Maraqlı
“E-milli liqa” adlanan virtual oyun yarışı keçirilib. 28 komandanın iştirak etdiyi turnirin builki qalibi də premyer-liqa komandası oldu.

Ətraflı məlumat almaq üçün yarışın təşkilatçısı Fərid Qarazadə ilə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Yarış aprelin 18-də başladı və iyunun 22-də yekunlaşdı. Şamaxı” finalda liqanın debütantı RUEM-i məğlub etdi. Üçüncü yeri isə "Qardaşlar"ı üstələyən "Araz Bakı" tutdu. “Coca-Cola” şirkətinin sponsorluğu ilə keçirilən yarışda artıq üçüncü dəfədi ki, premyer-liqa klubu çempionluğu bayram etdi. İlk mövsümdə "Qarabağ", ikincidə isə "Neftçi" qalib gəlmişdi. Bu mövsüm turnirdə 7 qrupun hər birində 4 olmaqla 28 komanda iştirak etdi”.

Maraqlıdı, qaliblər nə ilə mükafatnaldırılıb. Fərid Qarazadədən eşidək:

“İlk 3 pillədə qərarlaşan komandalar uyğun olaraq 2500, 1000 və 500 manat mükafat qazandı. Həmçinin turun ən yaxşı oyunçularına və komandalarına “Coca-Cola”nın hədiyyələri təqdim edildi”.


ŞAİR ABDULLA