Football-plus.az xəbər verir ki, buna səbəb isə tribunalarda yerin fanklub üçün dar olması idi. Azarkeşlər bununla bağlı kluba müraciət də etmişdi. Onlar rəqib azarkeşlər üçün ayrılan tribunada da yer almaq istəyirdilər. Lakin AFFA buna təhlükəsizlik baxımından icazə verməyib.
Məsələnin ciddiliyini nəzərə alıb, “Şamaxı” rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin buna ehtiyac qalmadı. Belə ki, redaksiyamıza müraciət edən Loğman bəy problemin həll olunduğunu diqqətimizə çatdırdı:
"Klub rəhbərliyi ilə görüşüb, məsələni həll etdik. Onsuz da xırda məsələlər idi. Hazırda heç bir problem qalmayıb. Hər şey mehribanlıqla, sakit həllini tapdı. Bundan sonra həmişəki kimi komandamızın ev oyunlarında iştirak edib, dəstək verəcəyik. Bizə ayrıca tribuna verdilər, çox bəyəndik. Hazırda arada heç bir problem, inciklik yoxdu. İndiyə kimi nə problemimiz var idisə, hər birini həll etdilər, sağ olsunlar. Komandamızı ev və səfər matçlarında dəstəkləyəcəyik".
ŞAİR ABDULLA





