Millimiz bu gün Norveçlə qarşılaşacaq

14.06.2022 10:08 493
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Görüşü Luka Bilbiyanın başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradadır.

AVRO-2023, seçmə mərhələ

20.00. Norveç – Azərbaycan

Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)

Drammen. “Marienlyst” stadionu