İspaniya çempionatının “Betis”lə oyunu Karlo Ançelotti üçün əlamətdar olub.
Onun çalışdırdığı “Real” 2:1 hesabı ilə qalib gələrək La Liqada liderliyini davam etdirib. 63 yaşlı italyan mütəxəssis paytaxt komandası ilə 133-cü qələbəyə sevinib. Ançelotti bununla madridlilərin sabiq baş məşqçisi Visente Del Boskenin göstəricisini təkrarlayıb. “Real”ın çalışdırıcısı kimi daha çox qələbə qazananlar Migel Munyos (357) və Zinəddin Zidandı (172).
Qələbə sayına görə Del Boskeyə çatdı
Dünya futbolu


