Mik Şumaherin müqavilə müddərti ilin sonunda bitəcək və tərəflər hələ də yeni anlaşma imzalamayıblar. Hazırda bu yerə Niko Hülkenberq, Daniel Rikkyardo və elə Mik Şumaher namizəddi. Ancaq Günter debütant pilota güvənmək istəmir. Bunun əsas səbəbi isə 2021-ci ildə debütant cütlük olan Şumaherlə Nikita Mazepindən narazı qalmasıdı:
“Hələ düşünürəm. İstəmirik ki, sonra tez qərar verdiyimiz üçün peşman olaq. Tələsməyə ehtiyac yoxdu. Artıq boş yerlər və sürücülər arasında elə də geniş seçim imkanı yoxdu. Buna görə də ən doğru qərarı verməliyik. Yaxın gələcəkdə debütantlarla işləməyəcəm. Komanda üçün ən doğru sürücünü seçməliyik”.


