Yürgen Klopp dünya çempionatı ərəfəsində qayğılıdı.
“Liverpul”un baş məşqçisi nəhəng turnirin mövsümün gedişində təşkil olunmasını yanlış qərar hesab edir:
“Dünya çempionatının premyer-liqaya necə təsir edəcəyini bilmirəm. Adətən belə turnirlərdən sonra futbolçu bir-iki həftə dincəlir və yalnız bundan sonra oynamağa başlayır. Amma mundialda finalda oynamısansa, dincəlmək üçün cəmi iki günün olacaq. Sonra səni uzun bir mövsüm gözləyəcək. Dünya çempionatının noyabrda başlamasını yaxşı ideya hesab etmirəm. Növbəti altı həftə bizim üçün vacibdi. Çünki bu mövsümə istədiyimiz kimi başlamamışıq”.