“Mançester Siti” İngiltərə premyer-liqasında “Liverpul”la amansız çempionluq mübarizəsi aparsa da, “Real”a uduzmaqla Çempionlar Liqasından çəkildi. Bəs bu məqam premyer-liqada çempionluğun taleyinə təsir edəcəkmi? Bildiyiniz kimi, hazırda MS 83 xalla turnir cədvəlinin önündə qərarlaşıb, “Liverpul” ondan yalnız 1 xal geri qalır. Yəqin bu suala “qırmızılar”ın baş məşqçisi Yürgen Klopp daha dəqiq cavab verə bilər: “Böyük zərbədi. Düşünürəm ki, hamı televizoru söndürməyə hazır idi. Bunun necə qəddarlıq olduğunu təsəvvür edə bilirəm. Mənim də belə gecələrim olub, heç də xoş deyil. Ancaq rəqib bazar gününə hazır olacaq”.
“Liverpul” şənbə günü “Tottenhem”i, MS isə bazar günü “Nyukasl”ı qəbul edəcək.