"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

30.09.2022 10:10 464
Avropa Liqası
"Olimpiakos" yeni transferi Aleksandros Pasxalakisi Avropa Liqası oyunları üçün sifariş edəcək.

"Footbal-plus.az" xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. 33 yaşlı qolkiper oktyabrın 6-da "Qarabağ"a qarşı keçirəcəkləri ev oyununda meydana çıxa bilər.

"Olimpiakos" yunan futbolçunu azad agent kimi heyətinə qatıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.