Qətərdə keçiriləcək dünya çempionatını canlı yayınlayacaq kanal bəlli olub.
"Football-plus.az" xəbər verir ki, mundialın oyunları azərbaycanlı tamaşaçılara İTV-də təqdim olunacaq.
Bunu kanalın baş direktoru Balaş Qasımov deyib.
O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır:
“Dünya çempionatını yayınlanacağıq. Bundan əlavə, 2 serialın çəkilişləri davam edir. Əminəm ki, onlar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayını həyata keçiriləcək. Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, layihə yanvar ayından efirdə olsun”.
[