“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” ciddi itkilərlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, Pirey təmsilçisinin qapıçısı Tomaş Vatslik və hücumçu Hvan Uy Co zədələnib.
Tomaş Çexiya millisinin Millətlər Liqasında İsveçrəyə qarşı keçirdiyi 6-cı tur matçında xəsarət alıb. O, 46-cı dəqiqədə Yindrix Staneklə əvəzlənib.
Cənubi koreyalı Co isə Kameruna qarşı keçirilən yoldaşlıq görüşünün ikinci hissəsində xəsarət alıb və meydanı tərk edib.
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.