Əsas qolkiperin əvəzinə gənc

27.09.2022 14:11 468
Avropa Liqası
"Olimpiakos"un əsas qapıçısı Tomaş Vatslik "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyununda iştirak etməyə bilər.

Football-plus.az xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales qolkiperin oyunundan narazıdı. Bu səbəbdən o, qarşıdakı bir neçə görüşdə 20 yaşlı Kostas Tsolakisə şans verməyi planlaşdırır.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.