Superkubok oyunu bu tarixdə baş tutacaq

29.05.2022 11:56 448
Dünya futbolu
Çempionlar Liqasının final matçından sonra UEFA Superkubokunda hansı komandaların qarşılaşacağı bəlli olub.

"Football-plus.az"ın məlumatına görə, ÇL-in qalibi "Real" Superkubokun finalında Avropa Liqasının qalibi "Ayntraxt"la üz-üzə gələcək.

Superkubok matçı avqustun 10-da Helsinkidəki Olimpiya stadionunda keçiriləcək.